“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları “Dünya E-Kommersiya Forumu 2020” də iştirak ediblər

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin əməkdaşları “Dünya E-Kommersiya Forumu 2020” (World Ecommerce Forum 2020)-də  iştirak ediblər. İngiltərə Ticarət Nazirliyi, Türkiyə İxracatçılar Məclisi (TİM) və Türkiyə İş Bankı tərəfindən videokonfrans formatında təşkil edilən həmin tədbir  Covid-19 pandemiyası səbəbi ilə bu miqyasda keçirilən ilk onlayn forumdur.
Forumda elektron kommersiya sektorunun inkişafı, hədəfləri, elektron ixracat potensialının, satışın artırılması, mövcud pandemiya vəziyyətinin E-kommersiya sahəsinə olan təsiri yönündə eləcə də digər məsələlər ilə bağlı sessiya və seminarlar keçirilib. Korporasiyanın əməkdaşları müvafiq sessiya ve seminarlara qatılaraq, dünya E-kommersiya və E-ixracat sahələrində olan yeni tendensiyalar, rəqəmsal marketinq, İngiltərə və Avropanın digər ölkələrinin e-ticarət bazarlarındakı olan fürsətlər,  E-ixracatın inkişafı və bu sahədə yeni növ texnologiyaların tətbiqi barədə məlumatlar əldə ediblər. Həmçinin, forumda E-kommersiya, E-ixracat, ümumi ixracat, müxtəlif növ məhsul satışının təşkili, logistika və məsləhət xidmətləri sahələrinin işgüzar dairələrinin bir araya gəlməsi və iştirakçılar arasında potensial əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün də şərait yaradılıb. Nəticədə Korporasiyanın əməkdaşları müvafiq şirkətlər ilə ümumi ixracat, kənd-təsərrüfatı məhsullarının satışı və logistikanın təşkili mövzularında danışıqlar aparıb və E-kommersiya sahəsinin tətbiqinin potensialı barəsində müzakirələr ediblər.

Fotolent