Qərbi Kaspi Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin birgə təşkilatçılığı ilə onlayn əmək yarmarkası keçirilib

     Qərbi Kaspi Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə qarşılıqlı əməkdaşlıq  və tələbələrin istehsalat təcrübəsi keçməsi mövzusunda onlayn əmək yarmarkası keçirilib.

     Əməkdaşlıq çərçivəsində keçirilən məsafədən əmək yarmarkası Universitetin və onun nəzdnindəki Kollecin ixtisasları üzrə təhsil alan tələbə, habelə məzunları üçün nəzərdə tutulub.

    Əmək yarmarkasında “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrindən "Azərpambıq ASK" MMC, "ASK Security" MMC, "ASK Xidmət" MMC, "ASK Ayaqqabı Fabriki" MMC,  "Azəralüminium" MMC,  "Azərtütün ASK" MMC, "ASK ŞÜŞƏ" MMC və “ASK Şəki Şərab” MMC-nin İnsan resursları şöbəsinin əməkdaşları iştirak edib.

   Törəmə müəssisələrin nümayəndələri tərəfindən təmsil etdikləri Cəmiyyətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib və tələb olunan vakant yerlər üzrə bilgilər tələbə və məzunların diqqətinə çatdırılıb.     

        Əmək yarmarkasının yekunlarına əsasən sonda uyğun namizədlər seçilərək, onlara məxsus anket məlumatları  “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələri tərəfindən dəyərləndiriləcəkdir.

Fotolent

Yeni Tədbir