"Azəralüminium" MMC-nin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər

"Azəralüminium" MMC-nin  bir qrup əməkdaşı, həmçinin Cəmiyyətin 44 günlük Vətən Müharibəsində iştirak etmiş qaziləri  27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın məzarı önünə gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

"Azəralüminium" MMC torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid Vətən oğullarının əziz xatirəsini qürur və ehtiramla anır, onların ailələrinə səbr diləyir.  

 

Fotolent

Yeni xəbərlər