Azərbaycanın alüminium ixracından gəlirləri kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 100 987,17 min ABŞ dolları dəyərində 27 291,88 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 90,6%, həcmi isə 23,5% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 10,46% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 188 529,24 min ABŞ dolları dəyərində 67 354,77 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 66,2%, həcmi isə 12,6% artıb. 2021-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,95% təşkil edib.

APA-Economics

Yeni xəbərlər