"Eksperimental Olimpiada" qrant layihəsi iştirakçıları Gəncə Alüminium Kompleksində olublar

Gəncə şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin "Eksperimental Olimpiada" qrant layihəsi iştirakçıları “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksində istehsal prosesi və fiziki-kimyəvi analiz üsulları ilə ətraflı tanış olublar.

“Azəralüminium” MMC-nin peşəkar işçi heyəti tələbələrə nəzəri biliklərin metallurgiya sahəsində praktiki tədbiqini nümayiş edib,  onları zavodda istifadə olunan  müasir avadanlıqların iş prinsipləri haqqında məlumatlandırıblar.  Fizika və kimya fənləri üzrə olimpiada qalibləri olan tələbələr zavodun fəaliyyətinə xüsusi  maraq  göstəriblər.

Qeyri-neft sektoru üzrə yüksək ixtisaslı yerli kadr potensialını  artırmaq, elm və istehsalatın əyani əməkdaşlığı nəticəsində ölkənin metallurgiya sənayesinə töhfə vermək məqsədilə  “Azəralüminium” MMC  daim təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

Fotolent

Yeni xəbərlər