“Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda yenidənqurma işləri davam edir

"Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda hal-hazırda təmir-bərpa və yenidənqurma işləri aparılır.

Aparılan yenidənqurma işləri çərçivəsində köhnə, yararsız avadanlıqlar sökülərək, Türkiyənin “Tekmen” şirkətinə məxsus yeni, müasir avadanlıqlar ilə əvəzlənir. Bu avadanlıqların quraşdılılması üçün qardaş ölkədən mütəxəssislər dəvət olunub.

Bundan əlavə zavodun həyətində xam pambıq tayaları üçün dörd münasib yer tikilirək istifadəyə verilib. Xam pambıq tayalarının döşəməsi keyfiyyətli beton üzlük-təbəqə ilə əvəz olunub. Emal sexi avadanlıqların 70%-i ilə təchiz olunub. Yaxın günlərdə təmir-tikinti işləri yekunlaşdıqdan sonra yeni avadanlıqların quraşdırılmasına başlanılacaqdır. Zavodun quruducu, təmizləyici, emal və mahlıc presləyici avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün 30 tondan 167 tona çatdırılması gözlənilir.

Zavodun tam gücü ilə işə düşməsindən sonra Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarında yerləşən məntəqələrində də tədarük olunmuş xammal həmin müəssisəyə qəbul olunaraq, emal olunacaqdır. Qeyd olunan yenidənqurma işləri “Azərpambıq ASK” MMC-nin ötən il əldə olunmuş mənfəəti hesabına həyata keçirilir.

Fotolent

Yeni xəbərlər