“Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

Valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək edilməsi, onların cəmiyyətə gərəkli bir vətəndaş kimi  yetişdirilməsi  və sosial problemlərinin həllinə dəstək göstərilməsi ölkə rəhbərliyinin ictimai-siyasi və dövlətçilik fəaliyyətində məxsusi yer tutur.  Bu xeyirxah missiyanın  davamı olaraq “Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə “Uşaqlara qayğı və diqqət ənənəsi uğurla davam etdirilir “ devizi altında  xeyriyyə aksiyası keçirilib.

Cəmiyyətin bir  qrup əməkdaşı Saray 2 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evinə baş çəkərək, uşaq bezi və məişət texnikasından  ibarət yardımı körpələr evinə təqdim ediblər.  

Xeyriyyə məqsədilə təşkil olunan aksiya zamanı   “Azərpambıq ASK” MMC-nin əməkdaşları paytaxtın Xətai rayonunda yerləşən 3 saylı uşaq evində də olublar və  müxtəlif  ərzaq məhsulları, şirniyyatlardan ibarət  hədiyyələr ilə uşaqları sevindiriblər.

Fotolent

Yeni xəbərlər