Qərbi Kaspi Universitetinin tələbələri “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində təcrübə keçiblər

“Azərbaycan Sənaye Korporasiyası” ASC  ilə  Qərbi Kaspi Universiteti arasında birgə əməkdaşlığa imza atılıb.   

Praktiki əlaqələrin genişləndirilməsinə xidmət edən bu əməkdaşlıq çərçivəsində Universitetin Sənayenin təşkili və idarəolunması ixtisasının 4-cü kurs tələbələri “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin İstehsal və fermerlərlə iş, Emal, Maliyyə və uçot şöbələrində təcrübə keçiblər.

Təcrübə zamanı tələbələr Cəmiyyətin fəaliyyəti ilə yaxından tanış olub, buradakı istehsal və emal prosesləri haqqında ətraflı məlumat alıblar. Tələbələrin praktiki təlimlərə, tədris təcrübəsinə cəlb edilməsi, mütəxəssis kimi yetişdirilməsi və onlarda həmin sahəyə maraq oyadılması baxımından əhəmiyyət daşıyan bu əməkdaşlıq kənd təsərrüfatı üzrə  peşəkar kadrların hazırlanmasında  əhəmiyyətli rola malikdir. 

Təcrübə proqramının sonunda tələbələri fərqləndirmək, gələcək iş fəaliyyətində həvəsləndirmək  məqsədi  ilə  “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən onlara  sertifikat  və  xasiyyətnamələr  təqdim  olunub.

Qərbi Kaspi Universitetinin  rəhbərliyi də öz növbəsində tələbələrin təcrübə prosesini uğurla təşkil etdiyinə görə Cəmiyyətin İnsan resursları şöbəsinin müdiri Günay Məmmədova və İnsan resursları üzrə böyük mütəxəssisi Fatimə Kərimovanı təşəkkürnamə ilə təltif edib və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq  hissi duyduqlarını ifadə ediblər.

Fotolent

Yeni xəbərlər