Ağcabədidə çiyid səpini başa çatmaq üzrədir

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini başa çatmaq üzrədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayon ərazisində 10 min 986,2 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb. Ağcabədi pambıqçıları səpin kampaniyasına mütəşəkkil başlayaraq qısa müddətdə 9135,86 hektar sahəyə çiyid səpiblər. Səpin aparılmış ərazilərin 343 hektarında çıxış alınıb. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.

AZƏRTAC

Fotolent

Yeni xəbərlər