“Azərbaycan Sənaye Korporasiyası” ASC və ASAN Məktub yeni tədris ilində uşaqları sevindirib

Yeni dərs ilinin başlanması ilə əlaqədar “Azərbaycan Sənaye Korporasiyası” ASC "ASAN Könüllüləri" Təşkilatının “ASAN Məktub” sosial proqramı ilə birgə Füzuli rayonunun Qayıdış kəndinin orta məktəbində təhsil alan uşaqlar üçün tədbir həyata keçirib.

Xeyriyyə tədbiri çərçivəsində Korporasiyanın və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları yeni tədris ilində məktəbə gedəcək uşaqlara dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim ediblər.

Tədbir iştirakçıları məktəbliləri 15 sentyabr- Bilik günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Trend

Fotolent

Yeni Xəbərlər