“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC tərəfindən xeyriyyə aksiyası keçirilib.

"Uşaqları qoruyaq" adlı xeyriyyə aksiyası çərçivəsində tədbir iştirakçıları Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinə baş çəkərək uşaq bezləri və meyvələrdən ibarət bayram sovqatını uşaqlara təqdim ediblər.

Uşaq evləri və internat məktəblərinə yerləşdirilən uşaqlara dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, gələcəyimiz olan uşaqlara dəstək layihəsi çərçivəsində keçirilən bu nəcib təşəbbüsün məqsədi körpələrin üzündə təbəssüm yaratmaq, onlara sevgi və nəvaziş bəxş etməkdir.

Trend

Fotolent

Yeni Xəbərlər