“Azərbaycan Sənaye Korporasiyası” ASC xeyriyyə aksiyası keçirib

“Azərbaycan Sənaye Korporasiyası” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xeyriyyə tədbiri keçirib. Korporasiyanın bir qrup əməkdaşı 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkərək, 100 bağlama uşaq bezinı körpələr evinə təqdim ediblər.

Diqqət və qayğıya ehtiyacı olan uşaqları sevgi və nəvazişlə əhatə etmək, onlara xoş əhval-ruhiyyə bağışlamaq, mənəvi dəstək olmaq və bayram sevinci bəxş etmək kimi xeyirxah məqsədə xidmət edən tədbirin sonunda uşaqlara əyləncə proqramı nümayiş olunub.

Son illər uşaq evləri və internat məktəblərinin yenidən qurulması, bu müəssisələrdə yerləşdirilən uşaqlara xüsusi diqqət və qayğı göstərilməsi son dərəcə mühüm, müqəddəs olan bu missiyanın daima ölkə rəhbərliyinin diqqətində olmasının ən bariz nümunəsidir.

Trend

Fotolent

Yeni Xəbərlər