“Azərbaycan Sənaye Korporasiyası” Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Dövlət Turizm Agentliyinin dəstəyi ilə 18 oktyabr -  Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğununun ərazisində təşkil olunan aksiyada  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi  iştirak edib.

Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən biridir. Bu qəbildən aksiyalar da məhz ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi baxımından əhəmiyyət daşıyır.

Dövlət Müstəqilliyimizin 30-cu ildönümündə təşkil olunmuş bu aksiyada “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  kollektivi tərəfindən  300 ədəd ağac əkilib.

Trend

Fotolent

Yeni Xəbərlər