Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” tərəfindən xeyriyyə aksiyası keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən xeyriyyə aksiyası keçirilib.

Korporasiya və “Rafa Group” MMC-nin bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinə baş çəkərək, əsasən uşaq bezlərindən ibarət bayram sovqatını körpələr evinə təqdim ediblər.

Xeyriyyə məqsədilə təşkil olunan aksiyanın davamı olaraq, Korporasiyanın əməkdaşları 268 saylı xüsusi məktəbdə olub və məktəbli ləvazimatları, şirniyyatlardan ibarət hədiyyələr ilə uşaqları təbrik ediblər.

Sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşıyan bu qəbildən aksiyalar diqqət və qayğıya ehtiyacı olan uşaqları sevgi və nəvazişlə əhatə etmək, onlara xoş əhval-ruhiyyə bağışlamaq kimi xeyirxah məqsədə xidmət edir.

Qeyd olunmalıdır ki, respublikamızın sürətli sosial-iqtisadi inkişafı uşaq evlərində əsl ailə mühiti yaratmağa, sağlam və hərtərəfli inkişafa şərait yaradır. Son illər uşaq evləri və internat məktəblərinin yenidən qurulması, bu müəssisələrdə yerləşdirilən uşaqlara xüsusi diqqət və qayğı göstərilməsi son dərəcə mühüm, müqəddəs olan bu missiyanın daima ölkə rəhbərliyinin diqqətində olmasının ən bariz nümunəsidir.

Trend

Fotolent

Yeni Xəbərlər