Dövlət Bayrağı günü münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edib. “Bayraq günü uşaqların gözü ilə” adlanan tədbirə valideyn himayəsindən məhrum olmuş 60-a yaxın uşaq qatılıb.

Yaradıcı rəsm saatında uşaqlar dövlət bayrağı mövzusunda əl işlərini təqdim ediblər. Tədbirin keçirilməsində məqsəd  uşaqlarda ölkənin vacib atributlarından sayılan bayrağa olan sevgini üzə çıxartmaq, onlara bu hissi aşılamaq,  Vətənə və onun dəyərlərinə məhəbbəti daha da artırmaqdır. Bundan əlavə məqsəd uşaqlarda incəsənətə, rəsmə olan həvəsi aşkarlamaq, onlardakı istedadı kəşf etmək və gələcəkdə bu istedadın daha da təkmilləşməsinə yardımçı olmaq idi.  

Tədbirin sonunda uşaqlara əyləncə proqramı nümayiş olundu və hədiyyələr təqdim edildi.

Фотолента