Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulması həyata keçirilir.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci  illər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və Emalı  Məntəqəsinin yenidən qurulması işləri həyata  keçirilir.

Bu məqsəd ilə Şəki Şəhər İcra Hakimiyyəti  tərəfindən bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla  mövcud  Tütün İstehsalı və Emalı  Məntəqəsi ilə yanaşı, ərazidə 0.90 ha torpaq sahəsi ayrılmış, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən layihə-smeta  sənədləri hazırlanmış və obyektin eskiz layihəsi Şəki  Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır.

Layihəyə əsasən  yeni yaradılacaq sahədə 30 ədəd müasir odlaqurutma  kameralarının, anbar binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operator  otağının, pompaxananın, tutumu 150 kub metr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulmuşdur.

Hal-hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması, hasarın 50 faizdən artıq tikintisi işləri başa çatdırılmışdır.

Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.

Фотолента