“Azərbaycan
Sənaye Korporasiyası” ASC “Caspian European Club” şirkətinə üzv qəbul edilib.
On beş ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən “Caspian European Club” dinamik inkişaf edən regional təşkilat
olaraq müəyyən nüfuza malikdir. Şirkətin əsas fəaliyyəti neft
sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb
edilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasını şərtləndirən
proqram və təkliflərin həyata keçirilməsi, regional əhəmiyyətli müxtəlif
informasiya layihələrinin gerçəkləşdirilməsi və biznes forumların
keçirilməsindən ibarətdir. Keçirilən biznes forumlar Kütləvi İnformasiya
Vasitələrində mütəmadi olaraq işıqlandırılır və yeni biznes əməkdaşlıqlarının qurulmasına
dəstək olur.
“Azərbaycan
Sənaye Korporasiyası” ASC-nin “Caspian
European Club” şirkətinə üzvlüyü yeni və səmərəli işgüzar əlaqələrin qurulması
baxımından əhəmiyyət kəsb edir.