Balakən tütün istehsalı və emalı məntəqəsinin tikinti və quraşdırma işləri

İnvestisiya planı üzrə Balakən rayonunda quraşdırılması nəzərdə tutulan 60 ədəd yaşıl tütün yarpağının qurudulması kameralarının  quraşdırılması işləri tamamlanmaq üzrədir. Tikinti işlərinin mühüm bir hissəsi olan anbar, kameranın altlıqları, altıaçıq, avadanlıqların yerləşəcəyi sahələr və digər əlaqəli işlərin tikintisi başa çatmışdır. Məntəqə ərazisində istifadə olunacaq avadanlıqlar yüksək keyfiyyət göstəriciləri ilə seçilir. Buna misal olaraq, İtaliyanın "Spaperri" firması tərəfindən istehsal olunmuş tütün presslərini göstərmək olar. Tikinti işlərinin yekunlaşması və Balakən TİEM-in tam olaraq fəaliyyətə başlaması ilə məntəqədə bir həftə ərzində 600 ton həcmində yaşıl tütün kütləsinin qurudulması mümkün olacaqdır.

Fotolent