“Hazır məhsul anbarı” binasının tikinti işləri tamamlanıb

Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-də istehsal prosesinin artırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində zavodun ərazisində inşasına başlanılmış “Hazır məhsul anbarı” binasının tikinti işləri tamamlanıb.

ASC-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 7855,46m2 təşkil edən anbar, şüşə taranın çeşidindən asılı olaraq 12-15 milyon ədəd şüşə tara saxlama imkanına malikdir.

Yüksək texnologiyalı bütün kommunikasiya xətləri, ən müasir havalandırma, yanğından mühafizə sistemləri və digər zəruri avadanlıqlarla təchiz edilən “Hazır məhsul anbarı”nda müasir videomüşahidə sistemi də quraşdırılıb.

Trend

Fotolent