Balakən Tütün İstehsalı və Emalı Məntəqəsinin Tikintisi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramına uyğun olaraq, hazırda Azərbaycan Sənayə Korporasiyasının  sifarişi əsasında Balakən  rayonunda  bir yükləmədə 9 ton yaşıl  yarpaq götürən 60 ədəd  tütün  qurutma  kamerası ilə təchiz ediləcək “Balakən tütün istehsalı və emalı məntəqəsinin” tikintisi həyata keçirilir. Bu  işlərin icrasını təmin etmək məqsədilə Balakən  rayonunun  Hənifə  kəndində 2,0 hektar  torpaq  ayrılmış  və  hal-hazırda  tikinti  quraşdırma  işləri sürətlə davam etdirilir. Yeni məntəqənin istismara verilməsi 1 iyul 2018-ci il tarixində gözlənilir.