BİLDİRİŞ

“ASK” ASC -nin Tbilisi prospekti 33 ünvanında yerləşən yeni inzibati binasında rəhbər və işçi heyəti üçün server avadanlığının komponentləri və son istifadəçi avadanlıqlarının alınması və quraşdırılması işlərinin satın alınmasına dair 19.08.2019-cu il tarixində ask.gov.az internet saytında, 20.08.2019-cu il tarixində isə Respublika qəzetində təkliflər sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma proseduru nəticəsində “Dövlət Satınalmaları haqqında” Qanunun 36.7.2-ci maddəsinə əsasən Azərbaycan, Bakı şəh., Nobel prospekti 25 Bakı Ağ Şəhər Ofis Binası ünvanında yerləşən “Bestcomp Group” MMC qalib gəlmişdir. Həmin təşkilatla 06.09.2019-cu il tarixində 193 829,75 (bir yüz doxsan üç min səkkiz yüz iyirmi doqquz manat , 75 qəpik) manat məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Elçin İsmayılov
Telefon: +994772771106
Elektron ünvan: elchin.ismayilov@ask.gov.az


TENDER KOMİSSİYASI