“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Haaqa Beynəlxalq Hüquq Akademiyasının sertifikatı ilə təltif olunub

 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  “Korporativ idarəetmə və müqavilələr” şöbəsinin aparıcı hüquqşünası Eleonora Alieva  Haaqa Beynəlxalq Hüquq Akademiyası tərəfindən keçirilən beynəlxalq hüquq üzrə “Qış Kursları”nda iştirak edib.

   Haaqa Akademiyası beynəlxalq hüquq üzrə məsələlərin geniş dairəsi üzrə kurslar, seminarlar, konfranslar və fikir mübadilələrinin bir əsrdən çox davam etdiyi yüksək səviyyəli təhsil ocağıdır. Kurslar dünyanın bütün dövlətlərindən olan ən səlahiyyətli professorlar tərəfindən aparılır.

   Beynəlxalq hüquq sahəsində baş verən hadisələri işıqlandıran bu kurslar zamanı beynəlxalq yurisdiksiya normaları və dövlətlərin müasir təcrübəsi : sabitlik, yoxsa dəyişikliklər?,  həmrəylik və icma maraqları: beynəlxalq hüququn şərhi və inkişafının hərəkətverici qüvvələri, həmçinin beynəlxalq hüquq sahəsində hüquqi ekspertiza, beynəlxalq hüquq, tarix və mədəniyyət, o cümlədən xarici əlaqələr və beynəlxalq hüquq, beynəlxalq məhkəmələrə və tribunallara qədər nizamlama qaydası, insan hüquqları pozuntularının beynəlxalq yoxlanılması və  beynəlxalq ictimai hüququn xususi beynəlxalq hüquqa təsiri mövzusunda təlimlər aparılıb.

     Beynəlxalq hüquq sahəsində biliklərin praktiki və konkret mülahizələrlə tamamlanması, onların nəticə və miqyasını daha yaxşı anlamağa  imkan yaradan bu  təlimlərin sonunda iştirakçılar  “İştirak haqqında” sertifikatla təltif olunublar.

 

 

Fotolent