Füzuli rayonunda çiyid səpini davam edir

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpinini davam etdirirlər. Füzulili fermerlər bu günədək 466,2 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 670 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Səpin aparılan 11 hektar sahədə çıxış alınıb. Səpin işlərinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.

AZƏRTAC