“ASK Şüşə” MMC-yə biznes-tur təşkil olunub

“Caspian European Club”un rəhbərliyi başda olmaqla nümayəndə heyəti “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəməmüəssisəsi olan “ASK Şüşə” MMC-yə biznes-tur təşkil edib. Səfər zamanı qonaqlara müəssisədə istehsal olunan məhsulların tam çeşidi nümayiş etdirilib və istehsal texnologiyası haqqında ətraflı məlumat verilib.

Müəssisə ilə tanışlıqdan sonra “Caspian European Club”un üzvləri ilə “ASK Şüşə” MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tərəflər arasında gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb, ilkin razılaşma əldə olunub.

Qeyd olunmalıdır ki, “Caspian European Club” iş adamlarının ölkə və regionun iri dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlıq qurmaq imkanları ilə daha ətraflı tanış olması məqsədilə ənənəvi olaraq biznes-turlar təşkil edir.

FİNS.AZ 

Fotolent