Qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb

Avropa çempionatının seçmə mərhələsində Polşa yığması ilə keçiriləcək oyun üçün futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AFFA-dan bildirilib ki, baş məşqçi Siyasət Əsgərov 21 oyunçuya dəvət göndərib, onlardan 15-i legionerdir.

Komanda 3 - 11 mart tarixlərində  Bakıda təlim-məşq toplantısı keçəcək.

Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa matçı saat 18:00-da başlayacaq.

Fotolent