“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının ilk iclası keçirilmişdir

16 iyul 2019-cu il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə Şura üzvləri İnam Kərimovun və Xalid Əhədovun, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin və digər vəzifəli şəxslərin iştirakı ilə ilk iclası keçirilmişdir.

Müşahidə Şurasının iclasında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin strateji inkişaf proqramı və Nizamnaməsi, Müşahidə Şurasının Əsasnaməsi, təhvil-təslim işlərinin cari vəziyyəti, o cümlədən digər cari məsələlər müzakirə olunmuş, habelə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinə dair hesabat dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, Müşahidə Şurası tərəfindən strateji hədəflərlə bağlı tövsiyyələr verilmişdir.