“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə “Azərpambıq
ASK” MMC, Kənd Təsərrüfatı Nazirliyi, Respublika Bitki
Mühafizə Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyinin məsul işçiləri və Türkiyə
Respublikasının zəhərli-kimyəvi preparatlar istehsal edən “Aqrobest” şirkətinin
mütəxəssislərinin iştirakı ilə bölgələrdə pambığın istehsalında istifadə
olunan kimyəvi preparatlarla istifadə qaydaları və həmin preparatlarla işləyən
insanların təhlükəsizliyi ilə əlaqədar maarifləndirici seminar-təlimlər
keçirilib.
FED.az xəbər verir
ki, Biləsuvar rayonunda Salyan, Neftçala, Biləsuvar, Cəlilabad ; Saatlı
rayonunda Sabirabad, İmişli, Saatlı, Beyləqan, Füzuli ; Bərdə rayonunda
Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy rayonunun pambıqçıları ilə
görüşlər keçirilib. Təlim-seminarda Türkiyənin “Aqrobest” şirkətinin mütəxəssisləri
Tarix Bilgili, Ramazan Özkaracadağ, Kənd Təsərrüfatı Nazirliyinin məsul
işçisi Fuad Məmmədov, Respublika Bitki Mühafizə Mərkəzinin direktoru Azad
İbrahimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Pərviz Kərimzadə
və Habil Qəhrəmanov, “Azərpambıq ASK” MMC-nin direktor müavini Fəzli Məmmədov və
Baş aqronom Cəfər Ağayev iştirak ediblər.
Qeyd edilib ki, pambıqçılarla belə görüşlər vaxtaşırı keçiriləcəkdir
və bu qəbildən olan maarifləndirici tədbirlərin pambıqçılıq rayonlarında
mütəmadi olaraq təşkil olunması təsərrüfatlarda kimyəvi pereparatlardan düzgün
istifadə edilməsinə zəmin yaradacaqdır.