“Azərbaycan
Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə “Azərtütün ASK” MMC kənd təsərrüfatı
sahəsində müxtəlif xidmətlər həyata keçirən “EMA” şirkəti
ilə birgə Şəki, Qax, Zaqatala, Balakən rayonlarında tütünçülük sahəsində
fəaliyyət göstərən fermerlər üçün seminarlar keçirmişdir. Seminarların
keçirilməsində əsas məqsəd tütünün keyfiyyətinin və məhsuldarlığının artırılması istiqamətində düzgün aqrotexniki
xidmətlərin həyata keçirilməsi, zəruri dəstəyin və nəzarətin təşkil olunması,
fermerlərin tütün tədarükü mövsümündə
qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, tütün bitkisi üçün səciyyəvi
olan xəstəlik və ziyanvericilərlə mübarizə aparılması, tütünçülükdə geniş
istifadə olunan “Royaltac” adlı məhlulun düzgün istifadə qaydaları
haqqında fermerlərin təlimatlandırılması
və ümumilikdə bu sahədə böyük əhəmiyyət kəsb edən informasiyaların çatdırılmasından
ibarət olmuşdur.
Seminarlar “Azərtütün ASK” MMC və Türkiyədən
dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən aparılmış, onlar tütünçülük
sahəsində öz təcrübələrini yerli fermerlər ilə bölüşmüşlər.