"ASK" ASC beynəlxalq açıq tender elan edib

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan və ingilis dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33, “ASK VİLLA” ünvanında əldə edə bilərlər. Əlaqələndirici şəxs Sadiq Şahkərəmov, telefon
+994(12)505-95-11(daxili-422); +994(77)277-11-06 və ya sadig.shahkaramov@ask.gov.az

İştrak haqqı: 750.00 manat

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı”nın  Mərkəz filialı

Swift Code: IBAZAZ2X

Bankın ünvanı: Bakı, Z.Tağıyev  küçəsi,3.

Müxbir hesabı: AZ03NABZ01350100000000002944

Кod: 805722

Bank VÖEN: 9900001881

Alan: Azərbaycan Sənaye  Korporasiyası ASC

Alanın hesabı: AZ31IBAZ38060019446065857204

VÖEN: 1305305281

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

            Ümumi tələblər:

·         Tenderdə iştirak etmək üçün yazılı müraciət;

·         Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

·         Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır və hər müəssisə üçün ayrı ayrılıqda olmaqla, ümumilikdə bir tender təklifi təqdim etməlidir);

·         Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

·         İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

·         Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2019-cu ilin ikinci yarısını əhatə etməli) (Azərbaycan Respublikasında fəaliyyət göstəribsə)

·         İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

·         İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

       “İddiaçı”ların təcrübələrinə dair tələblər:

·         Aktivlərinin dəyəri 500 (beş yüz) milyon ABŞ dollarından yuxarı olan aqrar və sənayə sahələrinə dair strategiya planı hazırlanmış müəssisələrin siyahısı;

  • Bu tapşırıq üçün təyin olunmuş məsləhətçi şirkət(lər) aqrar və sənaye sahələrində strateji planların hazırlanması sahəsində ən azı 10 illik beynəlxalq təcrübəyə malik olması barədə məlumatlar;

·         “İddiaçı”nın son 10 (on) illik iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatları aşağıdakı cədvələ uyğun verməlidir;

  • Əvvəllər hazırlanmış strateji planların səmərəliliyi və əldə olunmuş nəticələr barədə məlumatlar (artan maliyyə gəlirləri, istehsal səmərəliliyinin artırılması, sifarişçinin verdiyi rəy və s. ilə ölçülür);
  • Müxtəlif mədəni mühitlərdə işləmək təcrübəsi barədə məlumat;

     Mütəxəssislərə dair tələblər:

  • Strateji planın hazırlanması üçün məsləhətçi şirkət(lər)-in ən azı 10 il təcrübəsi olan layihə meneceri və müvafiq sahələrdə ən azı 7 il təcrübəsi olan mütəxəssislərin/ekspertlərin (istehsal prosesi və avadanlıqlar üzrə mühəndislər, kənd təsərrüfatı sahəsində mütəxəssislər, marketoloqlar, maliyyəçilər və s.) olmasını təsdiq edən sənəd;
  • Mütəxəssislərin (layihə meneceri və məsləhətçilər daxil olmaqla) fəaliyyət göstərdiyi sahədə beynəlxalq sertifikatlarının surətləri (ACCA, CFA, PMP, CİPS və sair və ya hər hansı bir Qlobal Məsləhətçi şirkətinin sertifikatı);
  • Strategiya planının hazırlanması layihələrində təcrübəyə malik olması göstərilməklə Ekspertin CV-si Avropa Birliyinin tələblərinə uyğun olaraq təqdim edilməsi (Europass);
  • Mütəxəssislərin iştirak etdikləri layihələrin siyahısı (layihənin adı, ölkəsi, müddəti, layihənin təsviri və.s əhatə olunmaqla);
  • Mütəxəssislərin tədqiqat və analitik bacarıqlarının olması barədə məlumatlar;

 

         Strategiya planının təsvirinə dair tələblər:

  1. Layihənin icrasının qısa təsviri;
  2. Layihənin metodologiyası və yanaşması;
  3. Təklif olunan icra müddəti;
  4. Nəzərdə tutulan iş planı və qrafiki.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)   22 aprel 2020-ci il  saat 17:00 -a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə  1 may 2020-ci il  saat 17:00-a         qədər, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi Prospekti 33, “ASK VİLLA”  ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri  4 may 2020-ci il tarixində saat 15:00-da  Bakı şəhəri, Yasamal rayonu, Tbilisi Prospekti 33, “ASK VİLLA”  ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

TENDER KOMİSSİYASI