“Azərtütün” Belarusa 500 ton tütün ixrac etməyi planlaşdırır

“Azərtütün” aqrar-sənaye kompleksi Zaqatala şəhərindən Belarusun Qrodno şəhərinə 500 ton tütünün nəqli üçün nəqliyyat şirkəti seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.

Seçim kotirovka sorğusu metodu ilə keçirilir.

Təkliflər 17 iyul saat 11:00-dək qəbul olunur.

Telefon: (+994 12) 464 9245. Əlaqələndirici şəxs: Toğrul Cavadov

“Azərtütün” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına daxildir. Hazırda “Azərtütün” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd xüsusi odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi fəaliyyət göstərir. Ümumilkdə “Azərtütün” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri var, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir.*

İNTERFAX-AZƏRBAYCAN