“Azəralüminium” MMC gənc həmyerlilərimizə qələbə sevinci bəxş edib

Bakı şəhəri  160 saylı klassik gimnaziyanın 2-ci sinif şagirdi Murad Məmmədov və 8-ci sinif şagirdi  Alperen Kanlı Monteneqronun Ultsin şəhərində keçirilən, “Avropa Şahmat Birliyi” (ECU), “Məktəblilərin Beynəlxalq Şahmat Birliyi” (ISCU) və “Monteneqro Şahmat Federasiyası” (MCF) tərəfindən təşkil edilən “Məktəblilərin Şəxsi Avropa Kuboku 2019”  yarışmasında iştirak edərək, 1-ci yerə layiq görülüblər.  Avropa Şahmat Birliyinə üzv olan bütün milli federasiyaların təmsil olunduğu və 3 mərhələ üzrə keçirilən  bu kubokda həmyerlilərimiz “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin dəstəyi ilə iştirak ediblər.   

 

 

Fotolent