Salyanda çiyid səpini başa çatıb

Salyanda 5 min hektardan çox sahədə pambıq əkini kampaniyası başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə rayonda 5 min 10 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 5 min 10 hektar sahədə səpin keçiriblər ki, bu da ötən ildəkindən 222 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış 4328 hektarında yaxşı bitiş alınıb. Səpin aparılmış sahənin 2 min 150 hektarı “P-Aqro” MMC-yə, 700 hektarı “Azərpambıq” MMC-yə, 2 min 160 hektarı isə “MKT” MMC-yə məxsusdur.

Qeyd edək ki, ötən il salyanlı pambıqçılar 4 min 788 hektar pambıq sahəsindən 15 min 928 ton məhsul toplayıblar.

AZƏRTAC