"Azərbaycan Sənaye Korporasiyası " nın baş direktoru "ASK Ayaqqabı Fabriki"ndə olub

Aprelin 21-də "Azərbaycan Sənaye Korporasiyası " ASC-nin baş direktoru Kamran Nəbizadə "ASK Ayaqqabı Fabriki" MMC-dəki mövcud vəziyyətlə tanış olmaq üçün müəssisədə olub.. Baş direktor ölkəmizdə Covid-19 pandemiyası ilə aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq olunan karantin rejiminin tələb və qaydalarına uyğun olaraq fəaliyyət göstərən fabrikdəki istehsal prosesi və əməkdaşların iş şəraiti ilə tanış olub.  Müəssisəyə ümumi baxış keçirən Kamran Nəbizadə bu çətin günlərdə göstərdikləri fədəkarlığa görə fabrikin işçi heyətinə təşəkkürünü bildirib. Qeyd olunmalıdlr ki, "ASK Ayaqqabı Fabriki” MMC  AR Müdafiə Nazirliyi və AR DİN-nin Daxili Qoşunları üçün hərbi təyinatlı ayaqqabıların istehsalı ilə məşğuldur.

Trend

Fotolent