“Azərtütün ASK” tərəfindən bu günədək şimal-qərb rayonlarında 983,2 hektar sahədə tütün əkilib

“Azərtütün ASK” MMC tərəfindən bu günədək respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 983,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 65,6 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 189 fermerlə müqavilə bağlanılıb. Bağlanmış müqaviləyə əsasən, cari təsərrüfat ilində bu rayonlarda cəmiyyət tərəfindən 1499,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək Şəki rayonunda 306,15 hektar, Qaxda 177,7 hektar, Zaqatalada 311,81 hektar, Balakəndə isə 187,52 hektar sahəyə tütün şitilləri köçürülüb.

AZƏRTAC

Fotolent