“Agro Hackathon 2020” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilir

“Agro Hackathon 2020” müsabiqəsində 11 ali məktəbdən 15 komanda iştirak edib. Komandalar istixanalarda suvarma sistemləri üçün 2020 dəqiqə ərzində proqramlar hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Agro Hackathon 2020” müsabiqəsinin mükafatlandırma mərasimində məlumat verilib.

Qeyd edək ki, fevralın 29-dan martın 2-dək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində “AgroHackathon 2020” müsabiqəsi keçirilib. Müsabiqənin texniki tərəfdaşı “Microsoft” şirkətidir. “Hakaton” 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir.

“AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar müvafiq olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

AZƏRTAC

Fotolent