Respublikamızda
qeyri-neft sektorunun inkişafı istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi islahatların davamı olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən bu istiqamətdə mühüm strateji hədəflər
müəyyən edilib. Bu hədəflər üzrə ölkədə rəqabət
qabiliyyətli və elm tutumlu məhsulların
istehsalının təmin edilməsi, istehsalın innovativ yönümlü qurulması üçün
çoxsaylı biznes və investisiya layihələri icra olunmaqdadır. Layihələrin təyin
edilmiş hədəflərə uyğun icra olunması üçün beynəlxalq standartların və
yanaşmaların tətbiqi mühüm rol oynayır. Buna müvafiq olaraq Korporasiya
işçi heyətinin peşəkarlığının artırılması və beynəlxalq təcrübələrin öyrənilərək
tətbiq olunmasını daim diqqət mərkəzində saxlayır.
Bu
məqsəd ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin
Maliyyə departamentinin əməkdaşları Tale
Həsənov və Rüstəm Əkbərli layihələrin
idarə edilməsi üzrə beynəlxalq sertifikasiya təlimində iştirak edib. Təlim
ABŞ-ın “Layihələrin İdarə Edilməsi İnstitutunun” (Project Management Institute
- PMI) akkreditasiya edilmiş rəsmi təlim mərkəzi olan “GRBS Global” da keçirilib.
Təlimi uğurla bitirən əməkdaşlar sertifikatla təltif olunublar.
Bu
qəbildən olan layihələrin həyata keçirilməsi ölkədə biznes mühitinin
yaxşılaşdırılması və ixrac fəaliyyətinin
genişləndirilməsinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır.