“Azərbaycan
Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən
irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan
qəsəbəsində yerləşən Tütün İstehsalı və Emalı
Məntəqəsinin yenidən qurulması işləri həyata keçirilir.
Bu məqsəd
ilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən
bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla
mövcud Tütün İstehsalı və
Emalı Məntəqəsi ilə yanaşı, ərazidə 0.90
ha torpaq sahəsi ayrılmış, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında
“Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən
layihə-smeta sənədləri hazırlanmış və
obyektin eskiz layihəsi Şəki Şəhər İcra
Hakimiyyəti ilə razılaşdırılmışdır.
Layihəyə
əsasən yeni yaradılacaq sahədə 30 ədəd
müasir odlaqurutma kameralarının, anbar
binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operator otağının, pompaxananın, tutumu 150 kub metr
olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli
su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də
çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulmuşdur.
Hal-hazırda
obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin
ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün
quraşdırılması, hasarın 50 faizdən artıq tikintisi işləri başa çatdırılmışdır.
Tikintinin
tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.