“Azərbaycan Sənaye Korporasiyası” ASC-də koronavirusa qarşı profilaktik tədbirlər görülür

Son zamanlar bütün dünyada narahatlıq yaradan yeni tipli koronavirus (COVİD-19) və digər kəskin respirator xəstəliklərə qarşı “Azərbaycan Sənaye Korporasiyası” ASC-də ciddi profilaktik tədbirlər görülür. Belə ki, Korporasiyanın inzibati binasına daxil olan şəxslərin hərarəti xüsusi qurğu vasitəsi ilə yoxlandıqdan sonra, onların əlləri antibakterial məhlulla dezinfeksiya edilir.  Qeyd edək ki, Korporasiyanın inzibati binası gündəlik təmizlikdən sonra mütəmadi olaraq xüsusi dərman məhlullarından istifadə edilməklə dezinfeksiya olunur.

 

 

Fotolent