“Azərtütün ASK” MMC tərəfindən tütünçülük
sahəsi ilə məşğul olan istehsalçıların maarifləndirilməsi və bacarıqlarının inkişaf
etdirilməsi məqsədi ilə “Fermerin təlimat kitabçası” adlı əyani vəsait hazırlanmış
və fermerlərə paylanmışdır. Tütünə düzgün aqrotexniki xidmətlərin həyata
keçirilməsi baxımından əhəmiyyətli olan bu kitabçada məhsuldarlığın və keyfiyyətin
artırılması üçün vacib olan məqamlar barədə ətraflı və dolğun məlumat verilib. Belə
ki, tütün əkilməsində uyğun torpağın seçilməsi və əkin üçün hazırlanması, şitil
istehsalı, tütün əkininin aparılması və əkindən sonrakı kultivasiya işləri, eləcə
də gübrələmə və suvarma işinin aparılması, tütünün artıq zoğlarının kəsilməsi və
yarpaqlarının düzgün dərilmə vaxtı, tütün istehsalında ziyanvericilərə qarşı
lazım olan aqrokimyəvi vasitələr (pestisid və herbisid), onlardan istifadə
qaydaları və təhlükəszilik tədbirləri haqqında qeyd olunan təlimat və göstərişlərin
kənd təsərrüfatının bu sahəsi ilə məşğul olan hər bir fermer üçün nəzəri və praktiki cəhətdən mühüm əhəmiyyəti
vardır.
Bununla yanaşı 2019-cu ilin mövsümü üzrə hazırlanmış təlim proqramına uyğun olaraq müvafiq rayonlarda təlimlərin keçirilməsi təşkil edilir, eyni zamanda hər bir istehsalçıya fərdi qaydada onun əkin sahəsində aqrotexniki cəhətdən praktiki dəstək göstərilməklə yerində təlimatlandırma işləri həyata keçirilir.
“Fermerin təlimat kitabçası” adlı əyani vəsait ilə tanış olmaq üçün bu link üzrə keçid edə bilərsiniz.