Ən böyük özəl ixracatçı şirkətlər - YENİ REYTİNQ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub.

 

“Marja” xəbər verir ki, “İxrac İcmalı”nın iyun sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

 

"MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Food Export Şəmkir" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Nine Climate" MMC, "Aqrovest" MMC.

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC,  Dövlət Material Ehtiyatlari Agentliyi, "Azəripək" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.