Füzuli rayonunda bu günədək 1408,40 ton pambıq tədarük edilib

Füzuli rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 1408,40 ton məhsul təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunda bu il 800 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 500 hektarı “P-Aqro”MMC, 300 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Füzuli pambıqçıları min bir zəhmət bahasına yetişdirdikləri məhsulun vaxtında və itkisiz yığılması üçün əzmlə çalışırlar. Pambıq yığımı həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır.

AZƏRTAC