Masallıda 57 kümçüyə 140 qutu ipəkqurdu toxumu paylanılıb

Masallı rayonunda 57 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 140 qutu ipəkqurdu toxumu paylanılıb.

Bu barədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Qeyd olunub ki, ötən il rayonda baramaçılıqla məşğul olan kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər 5 ton 318 kiloqram yaş barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramaya görə 49 nəfər kümçüyə 47 min 565 manat vəsait ödənilib.

Bu il Masallıda 5 ton 600 kiloqram yaş baramanın tədarükü nəzərdə tutulub.

AZƏRTAC

Fotolent