“Azərbaycan Sənaye Korporasiyası” ASC beynəlxalq tender elan edir

Azərbaycan Respublikasının Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsinin, hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi məqsədi ilə

İKİMƏRHƏLƏLİ TENDER ELAN EDİR

Tenderdə iştirak etmək istəyənlər ilkin olaraq ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçməlidir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru 08 iyul 2019-cu il saat 17:00 tarixinədək keçirilir. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan və ya İngilis dilində tərtib olunmuş sənədlər toplusunu  Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40C (Əlaqələndirici şəxs: Fərid Mahmudov, telefon: +994 (77) 277-11-06; +994 (12) 505-95-14 (daxili-131) və farid.mahmudov@ask.gov.az) ünvanından əldə edə bilərlər.

Tender iştirakçısı dağ-mədən sənayesində, mineral ehtiyatların emalında, hasilat metallurgiyasında, kimyəvi emal sahəsində minimum 5 illik iş təcrübəsi və müvafiq beynəlxalq təşkilat tərəfindən akkreditə edilmiş labaratoriyaya və ya bu sahə üzrə beynəlxalq akkreditasiyadan keçmiş laboratoriya ilə iş təcrübəsinə malik olmalıdır.

Tenderin iştirak haqqını göstərilən hesaba köçürmüş və ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçmiş İddiaçılar tenderdə iştirakı davam etdirə bilərlər.

İddiaçılar Azərbaycan və ya İngilis dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40C (Satınalma proseduru ilə bağlı əlaqələndirici şəxs: Fərid Mahmudov, telefon: +994 (77) 277-11-06; +994 (12) 505-95-14 (daxili - 131) və farid.mahmudov@ask.gov.az, texniki şərtlərlə bağlı əlaqələndirici şəxs Oqtay Rəfiyev telefon: +994 (50) 250-70-47 və oqtay.rafiyev@azeraluminium.com) ünvanından əldə edə bilərlər.

İştirak haqqı: 500 AZN

Bank rekvizitləri:

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı”nın  Mərkəz filialı

Swift Code: IBAZAZ2X

Bankın ünvanı: Bakı, Z.Tağıyev  küçəsi,3.

Müxbir hesabı: AZ03NABZ01350100000000002944

Кod: 805722

Bank VÖEN: 9900001881

Alan: Azərbaycan Sənaye  Korporasiyası ASC

Alanın hesabı: AZ31IBAZ38060019446065857204

VÖEN: 1305305281

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.     Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.     Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi);

3.     Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);

4.     Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti);

5.     İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

6.     İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

7.     İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

8.     İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdaki məlumatları bildirməlidir:

8.1.         Faliyyət sahəsinin əsas istiqamətləri barədə məlumat;

8.2.         “İddiaçı”nın təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar

 

Tender proseduru Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi istisna olmaqla) 27.08.2019 saat 17:00 tarixinə qədər, tender təklifi (qiymət göstərilmədən) isə əsas şərtlər toplusunda işlərin texniki, keyfiyyət və digər xüsusiyyətlərinə aid tələbləri nəzərə alıb möhürlənmiş, imzalanmış, ikiqat bağlanılmış zərfdə 05.09.2019 saat 17:00 qədər, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40C  ünvanına təqdim etməlidirlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və sürəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır və notarial qaydada təsdiq olunmalıdır). Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 06.09.2019 saat 15:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40C ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“ASK” ASC-nin Tender Komissiyası