“Azərbaycan Sənaye Korporasiyası” ASC “Caspian European Club” şirkətinə üzv qəbul edildi

          “Azərbaycan Sənaye Korporasiyası” ASC “Caspian European Club” şirkətinə üzv qəbul edilib. On beş ildən  çoxdur ki, Azərbaycanda  fəaliyyət göstərən “Caspian European Club” dinamik inkişaf edən regional təşkilat olaraq müəyyən nüfuza malikdir. Şirkətin əsas fəaliyyəti neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasını şərtləndirən proqram və təkliflərin həyata keçirilməsi, regional əhəmiyyətli müxtəlif informasiya layihələrinin gerçəkləşdirilməsi və biznes forumların keçirilməsindən ibarətdir. Keçirilən biznes forumlar Kütləvi İnformasiya Vasitələrində mütəmadi olaraq işıqlandırılır və yeni biznes əməkdaşlıqlarının qurulmasına dəstək olur.

      “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  “Caspian European Club” şirkətinə üzvlüyü yeni və səmərəli işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyət kəsb edir.