Cəlilabadda barama tədarükünə başlanılıb

Üç gündür Cəlilabad rayonunda barama tədarükünə başlanılıb. Kümçülərin yetişdirdikləri barama məhsulu “Azəripək” MMC-yə təhvil verilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Cəlilabad rayonunda 22 nəfər kümçüyə 50 qutu (1 kiloqrama yaxın) ipəkqurdu paylanılıb.

Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi, baramaçılığın inkişafına da göstərilən dövlət dəstəyi rayonda bu sahənin inkişafına marağı artırıb.

Ötən il baramaçılıqdan yüksək gəlir edən kümçülər bu il daha çox ipəkqurdu bəsləyiblər.

Qeyd edək ki, ötən il Cəlilabadda 700 kiloqram barama tədarük olunub. Bu il bu rəqəmin 2 tona çatdırılması nəzərdə tutulub.

AZƏRTAC

Yeni Xəbərlər