“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmışdır.

Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsədləri:

  • Dövlət əmlaklarının idarə edilməsinində səmərəliliyini artırmaq,
  • Dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaratmaq,
  • İstehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq,
  • Sənaye məhsulları istehsalının həcmini artırmaq,
  • Qeyri-neft sektorunun inkişaf sürətini artırmaq,
  • Regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasını, əhalinin maddi-rifah  yüksəldirməsini təmin etmək kimi çox vacib məsələlərin həyata keçirilməsindən ibarətdir.

 

 

Rəhbərlik


Natiq Əmirov- Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 06 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilmişdir.


 

Kamran Nəbizadə - Baş direktor

Kamran Nəbizadə fevral 1971-ci ildə Bakı şəhərində anadan olub.

1992-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib .

1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

1998-ci ildən 2003-cü ilə gədər "Lukoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.

2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

2006-cı ildən fərdi sahibkarlıq fəaliyyəti  ilə məşğul olub.

2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilib. 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 06 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilmişdir.


Fəxri Mehdiyev

 

Fəxri Mehdiyev 16 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub.

1990- ci il tarixində Dövlət  Neft Akademiyasına daxil olub və 1995 –ci ildə ‘’Yanacaq energetika kompleks sahələrində iqtisadiyyat və idarəetmə’’ ixtisası üzrə tam kursu bitirmişdir.

1995-2017- ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışmışdır.

18 dekabr 2017 - ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin Maliyyə departamentinin  direktoru təyiun olunub.


Fuad Süleymanov

 

Fuad Süleymanov 19 aprel 1969 –ci ildə Şəki rayonunda anadan olmuşdur.

1985-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olmuş və 1993-ci ildə

 M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1990-1992-ci il tarixlərində Bakı Baş Tikinti idarəsində calışmışdır.

1995-1998-ci il tarixlərində Ali Diplomatiya Kollecində Beynəlxalq Hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2000-2007-ci il tarixlərində ‘‘NVF Consulting’’ şirkətinin direktoru vəzifəsində çalışmışdır.

2007-2011-ci il tarixlərində ‘’Akkord Şirkətlər Qrupu’’-nun Hüquq departamentində direktor  vəzifəsində çalışmışdır və Ukrayna Respublikasında həmin şirkətin nümayəndəsi kimi fəaliyyət göstərmişdir.

2011-2013-ci il tarixlərində ’’NBCS ‘’( Nigeriya) şirkətində icraçı direktor vəzifəsində çalışmışdır.

2014-2015-ci il tarixlərində ‘’ İnşaat Georgia ‘’ tikinti şirkətində direktor vəzifəsində çalışmışdır.

2015-2016-ci il tarixlərində ‘’Olerni’’ LTD şirkətində İnkişaf üzrə direktor vəzifəsində çalışmışdır.

18 dekabr 2017 –ci il tarixində ‘’Azərbaycan Sənaye Korporasiyası ‘’ASC-nin Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunub.